Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlərə uyğun olaraq 26 fevral 2021-ci il tarixdə Xocalı şəhər 4 saylı tam orta məktəbdə “Xocalı soyqırımını unutmayaq, unutdurmayaq” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin təşkilatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva açaraq Xocalıda baş verən faciə ilə bağlı şagirdlərə məlumat verdi. Xocalı soyqırımı zamanı şəhid olmuş həmvətənlilərimizin ruhunu bir dəqiqəlik sükutla yad edildi. Sonra Uşaq Təşkilatı Birliyinin rəhbəri Minə Əsgərova çıxış edərək bu faciənin dünyaya çatdırılması üçün görülən işlər barədə danışdı. Məktəbin direktoru Vüsal Mustafayev çıxış edərək builki anım gününün digərlərindən fərqlənməsini, Ali Baş Komandanın dəmir yumruğu altında birləşərək, qələbənin bizimlə olmasını xüsusi qeyd etdi. Daha sonra şagirdlərə söz verildi. Şagirdlər Xocalı faciəsi haqqında öz bildiklərini, valideynlərindən eşitdiklərini danışdılar. Sonda Xocalı soyqırımı haqqında haqqında video- rolik nümayiş edildi.